• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ön cəbhədə Novruz bayramı və “Çanaqqala” zəfərinin 100 illiyi qeyd olunub – FOTOLAR

Ön cəbhədə Novruz bayramı və “Çanaqqala” zəfərinin 100 illiyi qeyd olunub – FOTOLAR

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi Novruz bayramı münasibəti ilə Tovuzda ön cəbhədə qulluq edən əsgər və zabitlər üçün tədbir və konsert proqramı təşkil edib. Publika.az xəbər verir ki, tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı, esseist və ünlü radio proqram aparıcısı Mehmet Ercan iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili, Qənirə Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib:

“Əziz hərbçi və əsgərlər, bu gün biz sizinlə ölkəmizin ön cəbhələrindən birindəyik. Siz ölkəmizi və ön cəbhəmizi çox layiqli və ləyaqətlə qoruyursunuz. Düşmən Ermənistanın bütün təxribatlarına, atəşkəsi pozaraq sivil insanları atəşə alma kimi vandalizm aktlarına, öz əkin sahələrində, həyətlərində çalışan insanları snayperlərlə hədəfə alma aktlarına, belə bir vəhşi hərəkətləri törədən qüvvələrin varlığına belə baxmayaraq siz layiqli şəkildə insanlarımızı qoruyursunuz. Siz öz ölkənizi təxribatlardan qoruyursuz. Bu gün bütün dünya və düşmən sizin simanızda Azərbaycan ordusunun gücünü və qüdrətini görür. Bu gün Azərbaycan və onun ordusu içərisində vətənini və ön cəbhələrimizi qoruyan oğullar ən yüksək səviyyədə vətən üçün mübarizəyə hazırdır. Mən sizinlə burda, ön cəbhədə birgə olmaqdan iftixar hissi keçirirəm.”

Millət vəkili Qənirə Paşayeva torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb və qeyd edib ki, Ali Baş komandan İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa , Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək: “Arzu edirəm ki, gələn il Novruz bayramımızı , bu cür bayram tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda ,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da bütün əsgərləri və zabitləri Novruz bayramı münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb və Azərbaycan Ordusunun gücü və qüdrətinin daha da artdığını və işğal altında olan torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu deyib.

Millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Türk Dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı Mehmet Ercana ön cəbhəmizə gələrək əsgər və hərbiçilərimizlə görüş və onlar qarşısında çıxış etmək istəklərinə görə təşəkkürünü bildirib. O,Azərbaycan və Türkiyənin "bir millət iki dövlət" olduğunu və hərbi hissədə Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə türkiyədən gələn qonaqlarla Novruz bayramının qeyd edilməsindən məmnun olduğunu deyib. Qeyd edib ki, bu gün eyni zamanda Canakkale zeferinin 100-cü ildönümüdür və biz birlikdə burada dədələrimizin yazdığı şərəfli tarixin də 100-cü ildönümünü birlikdə qeyd edirik. Qənirə Paşayeva gəncləri Çanakkale zəfəri ilə dünya tarixinə imza atan dədələrimizin qəhrəmanlıq yolundan örnək götürməyə çağırıb. Millət vəkili türk dünyasının əfsanə isimlərindən olan ustad şair Camal Safi və istedadlı yeni nəsil yazarı Mehmet Ercana Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə edib.

Ustad şair “Meracımız Qarabağdır” şairini və bir sıra sevilən şeirlərini əsgər və hərbçilər üçün oxuyub. Azərbaycan əsgərinin formasını geyinən Mehmet Ercan bu həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayam və bundan qürur duyuram deyib. Əsgər və zabitlər qarşısında çıxış edən Mehmet Ercan bundan sonra onlarla daha sıx-sıx görüşmək istədiyini deyib

Xəbər lenti

DAHA ÇOX XƏBƏR