Kürdəmirdə ağır qəza: ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə ağır qəza: ölən və yaralananlar var

Kürdəmirdə zəncirvari qəza olub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Kürdəmir rayonu, Bakı-Qazax yolunun 195-ci kilometrliyində sahibləri məlum olmayan “Mercedes-Vita” markalı mikroavtobusla, “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə, "VAZ" markalı minik avtomobilində 4 nəfər müxtəlif bədən xəsarətləri alıb, 1 nəfər sərnişin isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xəsarət alanlar yanğınsöndürən-xilasedicilərin köməkliyi ilə təcili yardım avtomobilinə mindiriliblər. Yol kənarına düşmüş meyit isə yanğınsöndürən-xilasedicilər tərəfindən götürülərək aidiyyəti qurumlara təhvil verilib.

Hadisə ilə əlaqədar müfaviq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 15:10-da başa çatıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm