• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Əli Abbasov Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış oldu

Əli Abbasov Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə tanış oldu

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyəti ilə tanış olub.

Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, "YT Park”-ın yerləşdiyi ofisə keçirilən baxışdan sonra təsisatın gələcək inkişaf planları üzərində qurulan təqdimatın nümayişi olub.

Qeyd edilib ki, artıq “İASP”-yə (International Association of Science Parks and Areas of Innovation) üzv olan Yüksək Texnologiyalar Parkının formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün danışıqların aparılması və digər təşkilati məsələlərin həlli istiqamətində işlər davam etdirilir. Həmçinin Azərbaycan bazarının ehtiyac və tələbatına uyğun layihələrin gündəmə gətirilməsi, bu layihələrin iqtisadi sektora təsirinin qiymətləndirilməsi, biznes transferi üzrə imkanlar və s. sahələrdə ciddi təhlilə əsaslanan araşdırmaların aparıldığı vurğulanıb.

Tədbirdə Yüksək Texnologiyalar Parkının ilk layihələrindən biri - biznes inkubasiyası mərkəzi olan “Pi Campus”a müraciətlərin qəbulunun artıq başlandığı, bu müraciətlərin sayının hazırda 20-yə çatdığı, mərkəzə təqdim edilən texnologiya yönümlü, innovativ layihələrə dövlət tərəfindən göstərilən dəstəyin təmin ediləcəyi haqda da məlumat verilib. Eyni zamanda hazırda “YT Park”ın ofisində yeni yaranan “start-up”-ların fəaliyyətə başladığı, müvafiq treninqlərin təşkilinin davam etdirildiyi bildirilib. Həmçinin parkın fəaliyyətinin ölkədə elmi-texniki araşdırmaların, kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, amma perspektivli yeniliklərin tətbiqində önəmli rolu olan mexanizmin - vençur maliyyələşdirməsinin daxili bazarda canlanma yaradacağı da vurğulanıb. Müzakirələrlə davam edən tədbirdə nazir Ə.Abbasov “YT Park”ın gələcək fəaliyyətinin daha səmərəli təşkili, ölkə üçün mühüm əhəmiyyət kəsb edən layihələrə dəstək verilməsi istiqamətində tövsiyələrini bildirib.

Daha sonra “Yüksək Texnologiyalar Parkı”nın kollektivi ilə görüşən nazir beynəlxalq texnopark təcrübəsi və onların fəaliyyətinin qlobal iqtisadiyyata təsirindən söz açıb. Bu baxımdan ölkəmizdə yeni iqtisadi modelin və mühitin formalaşdırılması, o cümlədən iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılmasının təmin edilməsində Yüksək Texnologiyalar Parkının üzərinə böyük vəzifələrin düşdüyünü qeyd edib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR