ŞOK: Azərbaycanda cinsdəyişmə əməliyyatları keçirilir
Bizi izləyin

Qırmızı.az

ŞOK: Azərbaycanda cinsdəyişmə əməliyyatları keçirilir

Azərbaycanda cinsdəyişmə əməliyyatları keçirilir. Amma bunu yerli cərrahlar deyil, xaricdən dəvət olunan həkimlər həyata keçirir.

ANS TV-nin efirində yayımlanan "Şəbəkə" verilişi bu mövzunu "Facebook" səhifəsində müzakirəyə çıxarıb.

Şərhdə deyilir ki, bu barədə rəsmi statistika yoxdur, amma mütəxəssislər ölkədə cinsini dəyişdirən kişilərin sayının artdığını bildirir.

Vaxtilə sosial şəbəkələr olmadığından bu cür insanları yalnız gecələr küçələrdə görmək olardı. Amma indi onlar küçələrdən sosial şəbəkələrə axın ediblər. Müxtəlif adlar altında açdıqları profillərlə özlərini təbliğ edirlər. Youtube portalında yerləşdirdikləri videolara 10 minlərlə baxış sayı var.

Transseksuallıq sürətlə yayılmaqda və özünə sosial şəbəkələrdə yurd-yuva salmaqdadır. İndi deyəcəksiniz ki, siz niyə gündəmə gətirirsiniz. Elə gündəmə gətirilmədiyi, gizli qaldığı üçün bu cür geniş "əl-qol" açıb yayılıblar.

Müzakirəyə çıxarılan mövzü ilə bağlı hər həftənin bazar günü efirə gedən "Şəbəkə" verilişi xüsusi reportaj verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm