Həbsxanada ziyarətə gələn arvadının başını kəsdi
Bizi izləyin

Qırmızı.az

Həbsxanada ziyarətə gələn arvadının başını kəsdi

Türkiyənin Sivas şəhərindəki həbsxanada dəhşətli qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Metin Avcı adlı məhkum onu ziyarətə gələn həyat yoldaşını həbsxanada öldürüb.

16 il həbs cəzası alan Metin Avcını ziyarət etmək üçün onun həyat yoldaşı Leyla Avcı həbsxanaya gəlib. Onlar ər-arvadın görüşməsi üçün ayrılan “Çəhrayı otaq” adı verilən otağa keçiblər.

Bir müddət sonra da otağa meyvə verilib. Metin Avcı həyat yoldaşının boğazını meyvə bıçağı ilə kəsib. Daha sonra isə özünün qollarını kəsib. İçəriyə daxil olan həbsxana işçiləri Leyla Avcının cansız bədəni ilə qarşılaşıblar. Qətlin motivi hələ məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm