• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycanın son demoqrafik vəziyyəti

Azərbaycanın son demoqrafik vəziyyəti

Bu ilin ilk ayı ərzində Azərbaycan əhalisinin sayı 9 min nəfər və ya 0,1 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda bildirilir.

2015-ci il fevralın 1-nə olan məlumata əsasən, əhalinin sayı 9 602,0 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir.

Hazırda hər 1000 nəfər kişiyə 1009 qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.

Bu ilin yanvar ayı ərzində 13,9 min körpə dünyaya göz açıb. Hər 1000 nəfər hesabı ilə bu göstərici 17,3-dür. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib.

Bu il yanvar ayında ölkədə 5 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9-dan 6,2-yə enib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR