Qırmızı.az
Bayramda təcili yardım stansiyalarına çağırışlar artıb
Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə deyib ki, bu il bayram günlərində təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayı adi günlərlə müqayisədə 5-6 faiz artıb. Ancaq bu artım ötənilki Novruz bayramı günləri ilə müqayisədə azdır. Ötən il bayram günlərində olan çağırışların sayı orta göstərici ilə müqayisədə təxminən 15-20 faiz cox olmuşdu.
Z.Vahidova bildirib ki, bayram günlərdə əsas çağırışlar qan təzyiqinin artması, ürək ağrısı, mədə-bağırsaq pozğunluğu və s. ilə əlaqədar olub. Adi günlərlə müqayisədə bayram günlərində xroniki xəstələrə və uşaqlara görə edilən çağırışların sayı da artıb. Bu artım, əsasən, poliklinikaların bayram günləri ərzində işləməməsi ilə bağlıdır: “Xroniki xəstələr adətən adi günlərdə özlərinin qida rejimlərinə daha diqqətli olsalar və pəhriz saxlasalar da, bayram günlərində bu pəhrizi pozurlar. Belə xəstələrin güclü enerjili qida olan şəkərbura, paxlava və digər şirniyyatları, müxtəlif çərəzlər yeməsi onların səhhətinə mənfi təsir göstərib”.
Böyük həkim deyib ki, bu il bayram tonqalında yananların sayı da azalıb. İlaxır çərşənbə və Novruz bayramı günləri daxil olmaqla, ümumilikdə 6 nəfər tonqal ətrafında yanıb. Onların hamısının yanıq xəsarətləri yüngül olduğu üçün hadisə yerində ilkin tibbi yardım göstərilib.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi