• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bu gün Daun Sindromu günüdür

Bu gün Daun Sindromu günüdür

21 mart Beynəlxalq Daun Sindromu Günüdür. Bu gün 2006-cı ildən Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə qeyd olunur.

Publika.az-n məlumatına görə, Daun sindromu onu 1866-cı ildə ilk dəfə təsvir etmiş ingilis həkimi Con Daunun şərəfinə adlandırılıb. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Beynəlxalq Daun sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq Beynəlxalq Daun Sindromu Günü martın 21-də qeyd olunur.

Ümumiyyətlə, insanların heç olmasa bu gün Daun sindromunun nə olduğu haqqında düşünməsi çox vacibdir. Bu genetik bir təsadüfdür, anomaliyadır və bu cür uşaq hər bir ailədə doğula bilər. Valideynlərin daun sindromlu uşaqların doğulmasında heç bir günahı yoxdur. Daun sindromlu oğlanlar və qızlar eyni əlamətlərlə doğulur. Onların səhhətində bir sıra problemlər - eşitmə və görmə zəifliyi, mədə - bağırsaq sistemində pozuntular, ürək qusurları, əqli inkişaf geriliyi müşahidə olunur. Daun sindromlu uşaqlar üçün əsas təhlükəni yaradan onların sağlamlığındakı problemlər deyil, əsas onlar haqqında cəmiyyətdə mövcud olan mənfi rəylərdir. Məhz cəmiyyətin münasibəti baryer yaradır, uşaqlara lazımi dəstəyi almağa mane olur. Lakin bir artıq xromosomlu insanların da inkişaf etməyə və yaratmağa haqqı var. Onlara yalnız ailə və cəmiyyət tərəfindən daha çox kömək, diqqət və qayğı lazımdır.

Daun Sindromu nədir? Normal insanın xromosom dəsti 46-dır. Daun sindromlu insanlarda isə bədənindəki hüceyrələrin xromosom dəsti 46 əvəzinə, 47 xromosomdur. Bununla da deyə bilərik ki,daun sindromu bir xəstəlik deyil, genetik bir fərqlilikdir. Daun sindromlu uşağın doğulma səbəbi ana-ata deyil, genlərdir. Həmçinin hamiləlikdən əvvəl və ya hamiləlik zamanı olan heç bir şey uşağın daun sindromlu doğulmasına gətirib çıxarmaz. Digər uşaqlar kimi daun sindromlu uşaqların da özlərinə xas şəxsiyyətləri, qabiliyyətləri və düşüncələri var. Digər uşaqlar kimi onlar da fərqli şəxsiyyətə sahib bir fərd olaraq böyüyəcəklər.

Daun sindromunun necə meydana gəlməsinə gəlincə, buna səbəb olan təsir edici faktorlar - ananın yaşı, radiasiya, troit antibodies, narkotik və spirt istifadəsi kimi müxtəlif səbəblər göstərilsə də bunların içində qətilik qazanmış olan səbəb hələ ki yoxdur. Son araşdırmalar göstərir ki, sindromun yaranma səbəbləri kimi spermatazoidin də tərkib hissəsi önəmlidir.

Sonradan da uşaqların daun sindromlu olma riski var. Bu problemin cavabı uşağın xromosom dəyişməsinin növünə bağlıdır. Risk yüksək deyil, lakin istisnalar da ola bilər.

Daun sindromu olan uşaqlara adi körpələr kimi qidalanırlar. Ancaq belə xəstələr piylənməyə meyilli olular. Daun sindromu ilə doğulan uşaqların inkişafında ailələrin səviyyəsi, uşaqla işləmək bacarığı böyük rol oynayır. Daun sindromunun əlamətlərinə gəlincə, psixoloqlar hesab edirlər ki, Daun sindromu ilə doğulan uşaqların oxşar əlamətləri bunlardır – onların boyu qısa, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik, göz yarığı çəp, gözbucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük оlur. Belə uşaqların əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Dişlərinə gəldikdə, Daun sindromu ilə doğulan uşaqlarda dişlər əyri olur və normal ardıcıllığa uyğun çıxmır. Onlarda ağız boşluğu normada olduğundan nisbətən kiçik, dil isə böyükdür. Bu sindromla doğulan uşaqların ovucları enli, barmaqları qısa, çeçələ barmaq bir az içəriyə doğru bükülmüş olur. Bir çox uşaqlarda göstərici barmaqla baş barmaq arasındakı məsafənin çox böyük olmasındadır.

Daun sindromu ilə doğulan uşaqlarla bağlı verilən məlumatlarda qeyd olunur ki, belə uşaqlarda məhdud anlama bacarığı, böyük və kiçik motor problemləri var. Uşaqların nitqində ləngimə, zəif eşitmə, görmə problemləri оlur. Onların immunitetləri də zəif olur və bu uşaqlar qulaq, göz infeksiyalarına meyillidirlər. Amma Daun sindromu ilə doğulan uşaqlar arasında əqli və fiziki cəhətdən inkişaf edənlərə də rast gəlmək mümkündür.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR