Yaralı ermənilərdən xəbər var
Bizi izləyin

Qırmızı.az

Yaralı ermənilərdən xəbər var

Martın 19-da cəbhənin Goranboy rayonu istiqamətindəki təxribat hərəkətləri həyata keçirən zaman Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilən Ermənistan ordusunun əsgərlərindən yeni xəbər var.


Yaralanmış erməni əsgərlərdən 2-sinin vəziyyəti ağırdır. Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, yaralı hərbçilərdən bir neçəsi Xankəndindəki hərbi hospitalda müalicə alırlar, ağır vəziyyətdə olan bir zabit və bir əsgər isə İrəvana aparılıb. Bunlar leytenant Sərkis Qabrelyan və əsgər Edqar Matirosyandır.

Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin başında dayanan Bako Saakyan isə Xankəndində müalicə olunan yaralı əsgərlərə baş çəkrərək, onlara ürək-dirək verməyə çalışıb. Bundan başqa, o, ölən erməni əsgərlərin valideynlərinin sakitləşməsi üçün onları “medal”la təltif edib.

Ermənistan ordusunun həmin təxribatını sübut edən görüntüdə də aydın görünmüşdü ki, martın 19-da cəbhədə baş vermiş döyüşdə müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək erməni hərbi qulluqçusunu məhv edib və yaralayıblar. Görüntülərdə erməni dəstələrinin cəbhənin bir neçə istiqamətdə təxribata cəhd etməsi əksini tapıb.

Erməni hərbçilərinin hərəkət trayektoriyası müəyyən edilərək, düşmənə sarsıdıcı zərbə vurulub. Ermənistan tərəfi isə ölü və yaralıf saynı gizlətməyə çalışaraq 3 əsgərin öldüyünü, 4-nün yaralandığını etiraf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm