QANUNSUZ MƏRC OYUNLARI BAZARI
Bizi izləyin

Qırmızı.az

QANUNSUZ MƏRC OYUNLARI BAZARI

Müasir dünyada dövlətlər büdcələrini formalaşdıran zaman ölkənin tam potensialının səfərbər olunmasına çalışırlar.

Məsələn, bir çox ölkələrin büdcə gəlirlərinin əhəmiyyətli hissəsini turizm təşkil etdiyindən həmin ərazilərdə bu sahənin inkişafına mühüm yer verilir. Amma zaman irəlilədikcə, texnologiya inkişaf etdikcə, insanların ünsiyyət imkanları artdıqca gəlirli sahələrin sayı da artır. Belə sahələrdən biri də leqal mərc oyunlarıdır. Bəli yanılmadınız, yaşadığımız dünyada dövlət üçün ən gəlirli sahələrdən biri də məhz budur. Əvvəlcə İnkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə baxaq.

Avropanın mərc bazarı yüz illərdir fəaliyyət göstərsə də, onun leqallaşması 40 ilə yaxındır baş verib. Leqal formada fəaliyyət göstərən bazarın dövlətə ödədikləri vergilər hər ötən il daha da artır. Dünyanın bu sahədəki nəhənglərindən biri - Böyük Britaniyadan olan “William Hill” şirkəti artıq 80 ildir ki, fəaliyyət göstərir. “William Hill” şirkəti 17 000 dən çox insanı işlə təmin edərək, yüksək vergi ödəyicisi olaraq dövlətin büdcəsinə böyük miqdarda gəlir gətirir.

Rəsmi mərc oyunları Rusiya, Türkiyə kimi qonşu ölkələrdə, Ukraynada, Almaniyada və digər ölkələrdə sərbəst şəkildə aparılır. Qeyd edək ki, Türkiyədə bu oyunların keçirilməsinə 2004-cü ildə başlanıb.

Məlum olduğu kimi, Milli Məclis idman mərc oyunlarının təşkilinə "Bədən tərbiyəsi və idman haqqında” qanuna 2010-cu il 31 may tarixli əlavə və dəyişikliklərin təsdiqlənməsiylə icazə verib. Azərbaycanda da bütün dünyada olduğu kimi idman oyunlarının, məsələn futbolun mərci və lotereya oyunları keçirilir. Bu, bir növ idmana olan marağı da artırır. Amma bu oyunlardan gələn gəlirlərin heç də hamısı digər dövlətlərdə olduğu kimi dövlət büdcəsinə vergi şəkilində daxil olmur. Bu sahəni tənzimləmək üçün rəsmi qanunvericiliyin olmasına baxmayaraq, qara bazar da paralel fəaliyyət göstərir və onun real dövriyyəsinin nə qədər olduğunu demək çətindir. Hazırkı iqtisadi çətinliyi nəzərə alsaq, qeyri-leqal bazardan daxil olan vəsait dövlət büdcəsi və idman sənayesi üçün böyük itkidir. Beləliklə, heç bir qeydiyyatı aparılmayan pul dövriyyəsi əslində müəyyən sosial ehtiyaclara, ən əsası idmanın müxtəlif növlərinin inkişafına xərclənə bilər. Hazırda futbol və bir sıra başqa tanınmış idman növləri üzrə liderliyi ələ almış dövlətlər bu sahələrin inkişafını məhz leqal mərc oyunlarından gələn gəlir hesabına qarşılayırlar.

Azərbaycanda mərc oyunları ilə bağlı qara bazarın mövcudluğu isə büdcəni hər il vergi ödənişlərindən məhrum etməklə yanaşı kriminal vəziyyəti da agırlaşdırır. Çünki leqal, dövlət tərəfindən rəsmi icazə verilən mərc kontorlarından fərqli olaraq burada uduşların tam formada veriləcəyi ilə bağlı heç bir zəmanət yoxdur. Bir çox hallarda gözdənkənar yerlərdə fəaliyyət göstərən bu obyektlər gənclərin tərbiyəsinə, psixoloju durumuna da neqativ təsir edir.

Ümid edirik ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da vergi orqanları da daxil olmaqla Hüququ Mühafizə Orqanları (HMO) yaxın zamanlarda qara bazarı mümkün minimum səviyyəyə endirəcəklər. Onu da qeyd edək ki, bu məsələnin müsbət həll edilməsində ictimai dəstək olduqca vacibdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm