Qırmızı.az
Müdafiə naziri: “İlk zərbədə düşmənin 70 faizini məhv edəcəyik” - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Novruz bayramı ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.
Hərbi hissələrə baş çəkən Müdafiə naziri xalqımızın ümummilli
lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz
ehtiramını ifadə edib.
Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə, düşmənlə bilavasitə
üz-üzə səngərlərdəki bölmələrdə döyüş növbətçiliyi aparan şəxsi
heyətlə görüşüb, onların sosial-məişət şəraiti, mənəvi-psixoloji
vəziyyəti ilə döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və
tətbiqi ilə maraqlanıb. Hərbi qulluqçulara hədiyyələr və bayram
sovqatları verilib.
Hərbi hissələrdə keçirilən Novruz şənliyinə qatılan Müdafiə
naziri bayram tonqalını alovlandırıb, şəxsi heyətin iştirakı ilə
aparılan müxtəlif idman və əyləncə yarışlarını izləyib və hərbi
qulluqçularla birlikdə nahar edib.
Bayram münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri Ali
Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və
qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji
hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların
sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın
möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə
çatdırıb.
"Novuz bayramı Azərbaycan xalqının ən sevimli və əziz
bayramlarından biridir. Ona görə bu gün mən və Müdafiə nazirinin
müavinləri bu bayrami sizlərlə keçiririk. Biz indi ön cəbhədən
qayıdırıq. Sizin silahdaşlarınızı orada təbrik etdik. Gördük necə
qəhrəmancasına ön cəbhədə torpaqlarımızı qoruyurlar. Siz də burda
öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz. Bilin
ki, düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr endiririk
ki, onlar qorxub qaçırlar. Cəbhədə xidmət etmək istəmirlər,
səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara
yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz
torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik. Cənab
Ali Baş Komandan ordumuzun gücləndirilməsi üçün əlindən gələn hər
bir şeyi edir. Bizim xalqımız qəhrəman xalqdır, bizim igid
övladlarımız var və biz öz torpaqlarımız uğrunda daha igidliklə,
qəhrəmancasına döyüşməklə torpaqlarımızı azad etməliyik. Artıq
həmin gün yaxınlaşıb. Silahlı Qüvvələrimiz günü gündən möhkəmlənir
yeni silahlar, texnikalar alınır. Mən açıq bəyan edirəm ki, biz elə
ilk zərbədən onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah
və texnikamız var ki, ermənilərə zərbə endirsək yüz illərlə
özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil ermənilər bunu
anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər.
Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz hər
fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal
altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu
içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin
qisası alınmalıdır. Artıq məqam yetişibdir. Biz qısa müddətdə
torpaqlarımızı azad edəcəyik. Siz cənab Ali Baş Komandanın Novruz
bayramı munasibəti ilə etdiyi cıxışını izləmisiniz. Möhtərəm
Prezident dedi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Biz
İrəvana, Zəngəzura, Şuşaya, Xankəndinə qayıdacağıq. Bu mütləq
olacaq və heç kim buna şübhə etməsin. Mən sizi bir daha bayram
münasıbəti ilə təbrik edir, sizə cansağlığı və qələbə arzulayıram.
Arzu edirəm ki, hamımız birlikdə, yaxın vaxtda bu Qələbə Bayramını
qeyd edək".
Eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib. Səfər zamanı cəbhə bölgəsində yeni tikilməkdə olan bəzi hərbi obyektlərdəki vəziyyətlə tanış olan Müdafiə naziri inşa işlərinin sürətlə və keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar verib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib. Müdafiə nazirinin göstərişinə əsasən bayram günlərində Müdafiə nazirinin müavinləri və qoşun növləri komandanları da birlik, birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO