Göyçayda arvad ərini bir zərbəylə öldürdü
Bizi izləyin

Qırmızı.az

Göyçayda arvad ərini bir zərbəylə öldürdü

Ötən axşam saat 23:00 radələrində Göyçay rayonunda qadın ərini öldürüb.

Göyçay rayon polis şöbəsindən Ans Press-ə verilən məlumata görə, rayonun Çaxırlı kəndində yaşayan 1974-cü il təvəllüdlü Gülnarə Əkbər qızı İbrahimova həyat yoldaşı 1965-ci il təvəllüdlü kənd sakini Vəzir Ağasəlim oğlu İbrahimovu bıçaqlayıb.

Qadın mətbəx bıçağı ilə ərini ayağından vurub. Hadisə nəticəsində ağır yaralanan kişi xəstəxanaya aparılıb. Müayinə zamanı məlum olub ki, Vəzir İbrahimovun arteriya damarı kəsilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Vəzir İbrahimov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib.

Hadisəni törədən qadın polis tərəfindən saxlanılıb. Gülnarə İbrahimova polisə verdiyi ifadədə bildirib ki, əri onu döyüb. Qadın da özünü xilas etmək üçün bıçağa əl atıb. Qadın bildirib ki, əri ilə əvvəldən problemi olub. Onlar arasında dəfələrlə mübahisələr və davalar olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm