• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bir qızı 10 nəfər qaçırdı – Azərbaycanda

Bir qızı 10 nəfər qaçırdı – Azərbaycanda

Gədəbəydə görünməmiş qız qaçırma hadisəsi baş verib.

Bu barədə qaçırılan qızın atası Füzuli Aslanov ANS Press-ə məlumat verib. Hadisə rayonun Qurudərə kəndində qeydə alınıb.

Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşı tamam olmayan qızı Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail olmayıblar.

Füzuli Aslanov bildirib ki, hadisə baş verən zaman evdə olmayıb. Hadisə barədə polisə məlumat verilib.

Gədəbəy rayon polis şöbəsinin müstəntiqi Şair Rzayev bildirib ki, hadisə ilə bağlı artıq araşdırmalara başlanılıb.

“Araşdırmalar zamanı məlum olub ki, qızı Vüsal adlı şəxs evlənmək məqsədilə qaçırıb. Hələlik həmin şəxslə danışmaq mümkün olmayıb. Hadisə araşdırılır”, - deyə Şair Rzayev bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR