SOCAR-ın məntəqəsinə hücum: 2 nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

SOCAR-ın məntəqəsinə hücum: 2 nəfər yaralandı

Gürcüstan Daxili İşlər Nazirliyi SOCAR-ın Tbilisidəki yanacaqdoldurma məntəqəsində baş vermiş cinayətin üstünü açıb.

Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata əsasən, bədən xəsarətləri yetirmək ittihamı üzrə keçmişdə məhkum olmuş 1993-cü il təvəllüdlü Zurab U. operativ istintaq tədbirləri nəticəsində saxlanılıb.

Məlumata görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu il martın 23-də SOCAR-ın Quramişvili prospektində yerləşən YDM-də söz atışması zamanı soyuq silahla 1991-ci il təvəllüdlü operator Zurab A. və 1983-cü il təvəllüdlü Cəfər A.-nı ayağından yaralayaraq hadisə yerindən qaçıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: "Onların vəziyyətinin nə qədər ağır olduğunu deyə bilmərik".

Polis Zurab U.-nu hadisədən bir neçə dəqiqə sonra saxlayıb. Əşyayi-dəlil qismində cinayət aləti olan bıçaq ələ keçirilib. Hadisənin digər təfərrüatları açıqlanmır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm