Bakıda narkotik alverçiləri tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda narkotik alverçiləri tutuldu

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Nuriyevdən 5 kiloqram 100 qram marixuana götürülüb.

Daha bir əməliyyatı Suraxanı polisi keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Xəqani Hüseynzadədən 435 qram heroin götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm