Qəzaya uğrayan təyyarədə Türkiyə vətəndaşları da olub - YENİLƏNİR
Bizi izləyin

Qırmızı.az

Qəzaya uğrayan təyyarədə Türkiyə vətəndaşları da olub - YENİLƏNİR

Almaniyanın “Germanwings” hava yollarına aid “Airbus” A320 tipli sərnişin təyyarəsi Fransada qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Barselona - Düsseldorf reysi ilə uçan təyyarədə 142 sərnişin və 6 ekipaj üzvü olub.

Təyyarənin Barcelonette şəhərinin yaxınlığında düşdüyü bildirilir. Fransanın Daxili İşlər Nazirliyi “Airbus” qırıntılarının aşkar edildiyini açıqlayıb. Qəza yerinə xilasedicilərin getdiyi xəbər verilir.

İlkin ehtimala görə, qəzadan sağ çıxan olmayıb. Hadisə yerinə baxış keçirmək üçün Fransanın daxili işlər naziri də yola düşüb.

Fransa prezidenti Fransua Olland da baş verən hadisədən kədərləndiyini və qəza nəticəsində sağ qalmanın inandırıcı olmadığını bildirib.

"Germanwings" hava yolları şirkəti isə rəsmi "Twitter" səhifəsində bəyanat verib: "Təyyarə qəzası ilə bağlı mediada yayılan xəbərlər hələlik öz təsdiqini tapmayıb".

"Airbus" şirkətinin sözcüsü isə qəza ilə bağlı müvafiq araşdırmaların aparıldığını söyləyib.

Onu da qeyd edək ki, təyyarədə olan sərnişinlərin əksəriyyəti Almaniya vətəndaşlarıdır.

* * *

İspaniya Fransada A320 təyyarəsinin qəzaya uğraması nəticəsində 45 vətəndaşının öldüyünü təsdiq edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, insident Yuxarı Provansın Alp departamentində baş verib.

Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa istiqamət almışdı.

* * *

Qəzaya uğrayan A320 təyyarəsinin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olublar. Bunu Fransa Prezidenti Fransua Olland deyib.

Prezident bildirib: "Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur".

O qeyd edib ki, təyyarə qalıqlarının vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq ərazidə qəzaya uğrayıb".

Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa uçurdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm