Dövlət Komissiyası narkotiklərin qiymətini açıqladı
Bizi izləyin

Qırmızı.az

Dövlət Komissiyası narkotiklərin qiymətini açıqladı

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası narkotik vasitələrin “qara bazar” qiymətlərini açıqlayıb.

Publika.az-ın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq tiryəkin “qara bazar”da topdansatış qiyməti minimum 3000, maksimum 7000 dollar, pərakəndə satış qiyməti minimum 10000, maksimum 15000 dollar olub.

Müvafiq olaraq, 1 kq heroinin “qara bazar”da topdansatış qiyməti 15000-20000 dollar, pərakəndə satış qiyməti 40000-50000 dollar, 1 kq marixuananın topdansatış qiyməti 6000-8000 dollar, pərakəndə satış qiyməti 8000-12000 dollar, 1 kq həşişin topdansatış qiyməti 2500-4000 dollar, pərakəndə satış qiyməti 6000-8000 dollar olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm