Qazax sakininin qətlində şübhəli bilinən 5 nəfər saxlanılıb
Bizi izləyin

Qırmızı.az

Qazax sakininin qətlində şübhəli bilinən 5 nəfər saxlanılıb

Martın 22-də Gürcüstanda öldürülən Qazax rayon sakini Nəriman Mustafayevin qətlində şübhəli bilinən 5 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Gürcüstan DİN-nin saytında bildirilib. Qeyd olunub ki, faktla bağlı Gürcüstan vətəndaşları olan 4 nəfər azərbaycanlı və bir nəfər gürcü saxlanılıb: "Kvemo-Kartli Regional Polis Əməliyyat-Axtarış Baş İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Çeyhun G., 1991-ci il təvəllüdlü Çərkəz M., 1988-ci il təvəllüdlü Adil K., 1985-ci il təvəllüdlü Zaur M. və 1987-ci il təvəllüdlü Merab M. qəsdən adam öldürmə və silahlı soyğunçuluq maddəsi ilə saxlanılıblar".

İstintaq aydınlaşdırıb ki, martın 22-də 21.00-da Qırmızı Körpünün 97 kilometrliyində Tiflis markalı "Mercedes" avtomobilinin sürücüləri içində iki nəfər Azərbaycan vətəndaşı olan marşrut maşınını saxlayıblar. Sonra Nəriman Mustafayev bıçaqla vurulub və onun üstündəki 160 000 Azərbaycan manatı və 45 000 lari pul oğurlanıb. Hadisəni törədənlər qaçıblar. N. Musafayev yaralandıqdan sonra hadisə yerində ölüb.

Kvemo Kartli regional polis əməkdaşları cinayətkarları iki gündən sonra tutublar. Hadisə ilə bağlı Gürcüstan CM-nin 108-ci maddəsinin 179-cu bölməsi III hissəsi ilə (qəsdən qətl, silahlı soyğunçuluq) cinayət işi qaldırılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm