Qırmızı.az
Türkiyədə İŞİD ovu: 64 Rusiya, 4 Azərbaycan vətəndaşı yaxalanıb
Türkiyə Cümhuriyyətində özünü İraq Şam İslam Dövləti elan etmiş terrorçu İŞİD-ə qoşulmaq istəyənlərə qarşı əməliyyat keçirilib.
Publika.az qonşu ölkənin mətbuatında istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində terrorçu təkilata qoşulmaq üçün Suriyaya getmək yə çalışan 471 nəfər yaxalanıb. Türkiyə mətbuatı xəbər verir ki, saxlanılanlar Qaziantepdən keçərək münaqişə ocağına getmək niyyətində olublar. Onların böyük əksəriyyəti türklər olsa da, onların arasında əcnəbilər də var.
Onlardan 64- ü Rusiya, 8 Liviya, 7 Mərakeş, 7 Fransa, 51 Suriya, 4 Tunis, 5 Səudiyyə Ərəbistanı, 11 Almaniya, 2 Çin, 1 Norveç, 10 Qazaxıstan, 2 İtaliya, 1 İsveç, 1 İspaniya, 5 Tacikistan, 1 Hollandiya, 1 Banqladeş, 1 Misir, 3 Özbəkistan, 1 Gürcüstan, 1 Bəhreyn, 4 Makedoniya, 18 İndoneziya, 2 Pakistan, 4 Qırğızıstan və sairə ölkə vətəndaşları olub.
269 şəxs barəsində “terror təşkilatına qoşulma” maddəsi ilə cinayət işi açılıb. 214 nəfər isə ölkədən deportasiya olunub. Saxlanılanlar arasında 4 Azərbaycan vətəndaşı da var.
Anar
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik