• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı uşaq Rusiyada hovuzda boğuldu - VİDEO

Azərbaycanlı uşaq Rusiyada hovuzda boğuldu - VİDEO

Rusiyanın Surqut şəhərində akvaparkda istirahət edən 8 yaşlı azərbaycanlı uşaq Elvin hovuzda boğularaq ölüb.

ANS PRESS-in məlumatına görə, uşaq boğulan zaman suda iki dəqiqəyə yaxın çabalasa da ona kömək edən olmayıb.

Bu gün Finski qəsəbəsində hovuzda səkkizyaşlı uşağın ölümü ilə nəticələn hadisə barədə istintaq komitəsi araşdırmalara başlayıb. İstintaq istirahət mərkəzinin müşahidə kameralarını araşdırır.

Videokadrlarda uşağın suda çabalayaraq və əllərini yellədərək ətrafındakılarların diqqətini cəlb etməyə çalışdığı görünür.

Bütün bu vaxt ərzində dincələnlərdən uşağa heç kəs diqqət yetirmir. Yalnız dörd dəqiqə sonra kişilərdən biri hovuzun dərinliyində oğlanın cəsədini görür və onu sudan çıxarır.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Xatırladaq ki, Surqutun 8 yaşlı sakini Elvin A. akvaparka qonşusunun nənəsi ilə birlikdə gəlib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR