Qırmızı.az
Azərbaycanın üzləşəcəyi təhlükə
"Bu gün Azərbaycanda yeni doğulan uşaqlar arasında cinsi nisbətin pozulması halının qarşısını almaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var".
Bunu Trend-ə aşıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, son illər doğulan uşaqlar arasında cinsi
nisbətin pozulması müşahidə olunur və bu ümumilikdə əhalinin cins
strukturuna təsir göstərir: “Komitə dövlət ailə, qadın və uşaq
siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq,
demoqrafik təhlükəsizliyin təmin olunması və gələcək nəslin sağlam
formalaşması istiqamətini strateji məsələlərdən biri kimi qəbul
edir. Komitə hər zaman bu strateji məsələni gündəmdə saxlayır və bu
sahədə bir sıra təhlillər aparır, maarifləndirici layihələr həyata
keçirir”.
S.Qəhrəmanova bildirib ki, ölkədə yeni doğulan oğlanların sayı qızların sayından daha çoxdur. Yeni dünyaya gələn körpələrdən 53,6%-i oğlanlar, 46,4 %-i isə qızlardır: “Bu balansı tarazlaşdırmaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var. Ailədə cinsə görə ayrı-seçkilik edilirsə, bunun səbəbkarı valideynlərdir, xüsusilə də valideynlərdə formalaşmış stereotiplərdir. Biz bu qənaətdəyik ki, maarifləndirmə yolu ilə insanların düşüncə tərzini dəyişdirmək daha çox təsirli yollardandır”.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...