Qırmızı.az
Xaçmazda bərbər intihar etdi - TƏFƏRRÜAT
Xaçmaz şəhərində özünü öldürən bərbərin kimliyi məlum
olub.
Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun ANS
PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Nəriman Nərimanov
70 ünvanında yerləşən beşmərtəbəli binanın altındakı bərbərxanada
işləyən 1993-cü il təvəllüdlü Elşad Mövsüm oğlu Muradov özünü asıb.
O, bərbərxanada qapını bağlayıb və intihar edib.
Onun cibindən vida məktubu çıxıb. Elşad Muradov məktubunda
ölümündə heç kimin günahının olmadığını bildirib.
Məktubunda bacısı və sevdiyi xanımdan üzr istəyən Elşad Muradov onları çox istədiyini vurğulayıb. O, artıq yaşaya bilmədiyini bildirib. Bu səbəbdən ölümü seçdiyini yazıb.
Qeyd edək ki, Elşad Muradov əsəb xəstəsi olub. Son vaxtlar özünə
qapanıb. Ünsiyyətdən qaçmağa çalışıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?