Tovuzda güllə evi partlatdı, 2 nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

Tovuzda güllə evi partlatdı, 2 nəfər yaralandı

Tovuzun Əlibəyli kəndində yaşayan Şirinovlar ailəsində bədbəxt hadisə yaşanıb.

Region TV xəbər verir ki, evdə qazın zəif olduğunu görən evin xanımı Atlaz Şirinova bağdan odun gətirərək sobaya atıb.

Bir neçə dəqiqə keçəndən sonra üçü uşaq olmaqla 7 nəfərin yaşadığı evdə qızdırıcı sobada partlayış baş verib.

Partlayışdan sonra məlum olub ki, sobaya atılan odunların içərisində partlamamış güllə olub. Hadisə nəticəsində ev sahibi Vahid Şirinov və onun həyat yoldaşı A.Şirinova xəsarət alıblar.

Yaralılar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. A.Şirinova ayaq nahiyəsindən qəlpə yarası alıb. Həkimlərin ciddi müdaxiləsindən sonra güllənin qəlpələri onun ayağından çıxarılıb. Həkimlər hər iki şəxsin vəziyyətinin yaxşı olduğunu bildirir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm