Qırmızı.az
Zərdab sakini həmyerlisini bıçaqlayıb
Zərdabda bıçaqlanma hadisəsi olub.
Zərdab Rayon Polis şöbəsindən APA-nın yerli bürosuna verilən
məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Bıçaqçı
kəndində baş verib.
Bıçaqçı kənd sakini, 43 yaşlı Şamilov Baxış Ağaxan oğlu aralarında
baş vermiş münaqişə zəminində həmkəndlisi, 33 yaşlı Abdullayev
Etibar Məhəmməd oğlunu bıçaqlayıb. Yaralı Ucar Mərkəzi Rayon
xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, 2 bıçaq xəsarəti ilə ağır
vəziyyətdə xəstəxanaya yerləşdirilən E. Abdullayevə tibbi yardım
göstərilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisəni törədən B. Şamilov hələlik saxlanılmayıb.
Faktla bağlı Zərdab Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!