Qırmızı.az
Millət vəkili qaçırılan qızın işini nəzarətə götürdü
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əyyublu qəsəbəsində seksual xarakterli hərəkətlərə məruz qaldığına görə intihara cəhd edən 20 yaşlı tələbə qızla maraqlanıb.
Qızın qohumlarının ANS-ə verdiyi məlumata görə, qızın yaxınları ilə görüşən deputat işi nəzarətə götürdüyünü bildirib.
Qənirə Paşayeva 20 yaşlı tələbə qız G.K-nın hazırkı durumu ilə bağlı həkimlərlə və işi aparan müstəntiqlərlə danışıb.
Qeyd edək ki, Tovuz rayonunun Əyyublu qəsəbəsində seksual xarakterli hərəkətlərə məruz qalan 20 yaşlı tələbə qız G.K (Qızın qohumları adının açıqlamasını istəmədi) bu gecə özünü öldürmək istəyib.
Verilən məlumata görə, səhər saat 5 radələrində tələbə qız haqqında yayılan şayiələrlə əlaqədar intihara cəhd edib. Qız dərman içib. Onu huşsuz halda tapan valideynləri dərhal həkim çağırıblar.
Qızı huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Qızın intihar etmək istəməsinə kənddə onun barəsində əxlaqsız olması barədə şayiələrin yayılması səbəb olub.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...