• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ərini öldürən qadın danışdı - Foto

Ərini öldürən qadın danışdı - Foto

Xaçmaz rayonunda baş verən dəhşətli qətldə ittiham olunan ana və oğul qətlin təfərrüatını açıqlayıb.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, oğul qətli törətdiyini boynuna alsa da, mərhumun həyat yoldaşı qətldən xəbərsiz olduğunu bildirib.

39 yaşlı Şamama Seyidova hadisə baş verən zaman qonşuda çörək bişirdiyini bildirib. Onun sözlərinə görə, evə gələrkən oğlunun ərini evə apardığını görüb.

Şamama Seyidova bildirib ki, oğlunun əlində olan tüfəngdən ehtiyatsızlıq səbəbindən atəş açılıb və nəticədə əri Bünyat Seyidov aldığı güllə yarasından ölüb. Ana oğlunun həbs olunacağından qorxaraq hadisəni gizlətdiyini deyib. Ş.Seyidova qətli gizlətmək üçün rayonda yayıb ki, onun əri Rusiyaya gedib.

Ata qatili 18 yaşlı Əmir Seyidov isə hadisəni törətdiyini etiraf edib. Ə.Seyidov atasının hər gün içkili halda olduğunu və onları döydüyünü bildirib.

Qeyd edək ki, Xaçmaz rayonunda dəhşətli qətl ötən il baş verib. Qətlin üstü Xaçmaz polisinə daxil olan əməliyyat məlumatlarına əsasən açılıb.

Araşdırlamar zamanı 2014-cü il yanvar ayından itkin düşən 44 yaşlı Bünyat Seyidovun həyat yoldaşı 39 yaşlı Şamama Seyidova və oğlu 18 yaşlı Əmir Seyidov tərəfindən öldürüldüyü məlum olub.

Bünyat Seyidov öldürüldükdən sonra xalçaya bükülərək həyətdə yerləşən tualetin quyusuna atılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR