• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Saatlıda dahi şairimizə hörmətsizlik – FOTO

Saatlıda dahi şairimizə hörmətsizlik – FOTO

Görkəmli orta əsr şairimiz və mütəfəkkirimiz, Azərbaycan və türk ədəiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən olan Məhəmməd Füzulinin Saatlı rayonu Məmmədabalı kəndindəki abidəsi baxımsız vəziyyətdədir.

Publika.az xəbər verir ki, mütəfəkkirimizin Məmmədabad kəndindəki büstünün qarşısı vaxtında təmizlənilmədiyindən abidə kolluqlar arasında qalıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Füzulinin heykəli bir neçə il əvvəl dahi şairin adını daşıyan keçmiş Füzuli kolxozunun həyətində qoyulub. Lakin həmin təsərrüfat sistemi dağıldıqdan sonra abidə baxımsız vəziyyətdə qalıb. Bu səbəbdən də büstün ətrafını kol-kos basıb və o, görünməz olub.

Qeyd edək ki, Füzulinin büstünün yerləşdiyi ərazinin ətrafında yaşayış məskəni var.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR