• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Azərbaycanda yay və qış vaxtlarına keçid nədən ləğv edilmir?

Azərbaycanda yay və qış vaxtlarına keçid nədən ləğv edilmir?

Martın 29-na keçən gecə əqrəblər bir saat irəli çəkiləcək.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq, cari ildə Azərbaycan ərazisində yay vaxtına keçid bu ayın son bazar günü, yəni martın 29-da saat 4:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.

Qeyd edək ki, artıq Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də yay və qış vaxtına keçidi ləğv ediblər.

Bəs Azərbaycanda niyə yay və qız vaxtına keçid ləğv edilmir?

Psixoloqlar hesab edir ki, Azərbaycanda saatların əqrəblərinin il ərzində bir dəfə irəli çəkilməsi insanların psixoloji durumuna ciddi təsir göstərir. Bu hal xüsusilə də yaşlı insanlarda ürək-damar, sinir sistemi xəstəlikərinin güclənməsinə gətirib çıxarır. Hər bir insanın özünün uyğunlaşdığı bioloji ritm var. İnsan orqanizmi gün işığına əsaslanan daxili bioloji saat üzrə işləyir, bu bioloji ritmə uyğun həyatını qurur. Ancaq saatlar irəli, yaxud geri çəkildə bu bioloji ritmlər pozulur. Nəticədə də insanların, daha cox isə yaşlı insanların təzyiqi dəyişir, onlarda yuxusuzluq yaranır.

Bəzi psoxoloqlar isə hesab edir ki, saatların irəli və yaxud geri çəkilməsi insanın psixi enerjisinin boş yerə xərclənməsinə səbəb olur. Bu da insanlarda stresin, nevrozun yaranmasına gətirib çıxarır.

Digər ekspertlər isə hesab edirki, yay və qış vaxtına keçiddən imtina edən ölkələr kimi Azərbaycan da bunu dayandırmalıdır və insanlar da həmişə adət etdikləri vaxt rejimi ilə həyatlarını qurmalıdırlar.

Onu da qeyd edək ki, hazırda Azərbaycan ərazisində qış aylarında GMT+4, yay aylarında isə GMT+5 saat qurşağı tətbiq olunur. Bu hal 1957-ci ildə Azərbaycan ərazisində "dekret vaxtı"nın tətbiqi, yəni saatların bir saat irəli çəkilməsi, bunun ardınca isə 1981-ci ildə yay vaxtının tətbiq edilməsi nəticəsində yaranıb.

"Dekret vaxtı"ndan və yay vaxtından imtina sahəsində 1989-cu ildə və 90-cı illərin əvvəllərində bir sıra addımlar atılsa da, son nəticədə 1997-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 1981-ci ildə yaranmış vəziyyət (status-kvo) qaytarılıb. Azərbaycanda bu qaydada tətbiq edilən saatlar (əsasən də yay vaxtı) bir sıra paradoksal vəziyyətə gətirib çıxarır. Belə ki, biz yay vaxtı Şərqə tərəf özümüzdən qat-qat uzaqda olan Əfqanıstan, Pakistan, Özbəkistanla eyni saatda, amma bizə daha yaxın olan Mərkəzi Avropa ilə üç saat, bizimlə həmsərhəd olan Türkiyə ilə isə iki saat vaxt fərqində oluruq. Daha bir maraqlı vəziyyət odur ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06:00-da Gunəş üfüqdə görünmür. Həmçinin diqqət yetirsəniz görərsiniz ki, müsəlmanlar üçün Azərbaycan dünyada ən gec (saat baxımından) iftar açan ölkədir. Səbəbləri araşdırsaq görərik ki, Azərbaycan ərazisində tətbiq edilən vaxt iki faktordan - coğrafi zaman qurşağı və yay vaxtının tətbiqindən asılıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR