Yeniyetməyə qarşı dəhşətli cinayət
Bizi izləyin

Qırmızı.az

Yeniyetməyə qarşı dəhşətli cinayət

Türkiyənin Aydın şəhərində fəaliyyət göstərən Efelər Güzelhisar ibtidai məktəbində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, qonşu ölkənin “f5haber” saytının yaydığı məlumata görə, dərs vaxtı sinif müəllimi Nurhayat Nayırlıdan icazə istəyərək “ayaqyolu”na gedən birinci sinif şagirdi, 7 yaşlı R.K. adlı bir oğlan uşağı məktəbin xüsusi sinfində təhsil alan 12 yaşlı U.K. tərəfindən 40 sm uzunluğunda olan qırmızı rəngli iplə boğulub. Yeniyetmə çırpınmağa başlayan oğlanın əlini də dişləyib. Bu zaman tualetə gələn şagirdlərdən biri qorxu dolu o anlara şahidlik edib və vaxt itirmədən qaçaraq bu haqda müəllimə xəbər verib.

Qaça-qaça tualetə gələn müəllim Nayırlı R.K.-yı U.K.-nın əlindən alıb. Hadisədən sonra U.K. tualetdən qaçıb. Məsələdən xəbərdar olan R.K.-nın anası oğlunu xəstəxanaya aparıb və sonra prokurorluğa gedərək məktəb rəhbərliyindən və müəllimdən şikayətçi olub.

Rayon Milli Təhsil şöbəsinin müdiri Pervin Törə isə “Hadisəni ən incə detallarına qədər araşdıracağıq” sözlərini deyib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm