Hava kəskin pisləşəcək, temperatur 8 dərəcə düşəcək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Hava kəskin pisləşəcək, temperatur 8 dərəcə düşəcək - PROQNOZ

Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.

Bakı və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Rayonlarda da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Qeyri-sabit hava şəraiti martın 31-i axşamadək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm