Sabah yağış və qar yağacaq - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Sabah yağış və qar yağacaq - PROQNOZ

Ölkə ərazisində hava kəskin soyuyacaq.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, martın 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm