Qırmızı.az
Bakıda idmançının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakıda idman yarışı zamanı idmançının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Trend Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun
birgə məlumatına istinadən xəbər verir ki, martın 27-də Hövsan
qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt
şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun
Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas
oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi
faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.
İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən ölümün
səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi
ekspertizası təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!