Beynəlxalq sərnişin daşımalarında tariflər aşağı salınır
Bizi izləyin

Qırmızı.az

Beynəlxalq sərnişin daşımalarında tariflər aşağı salınır

30 mart 2015-ci ildən etibarən beynəlxalq sərnişin daşımalarında tariflər 35 faiz aşağı salınacaq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, 11 mart 2015-ci ildən dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 35% artıb. Beynəlxalq sərnişin daşımalarında bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib.

"Azərbaycan Dəmir Yolları" QSC bununla əlaqədar olaraq "Rusiya Dəmir Yolları" ASC-yə və Gürcüstan Dəmir Yollarına beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət edib.

Aparılan danışıqların nəticəsi olaraq, "Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC arasındakı ikitərəfli razılığa əsasən, sərnişindaşıma həcminin artırılması məqsədilə 30 mart 2015-ci il tarixdən etibarən Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarlarında gediş haqqı tarifləri 35% aşağı salınır.

15 mart 2015-ci il tarixdən etibarən Bakı-Tbilisi-Bakı istiqamətində sərnişindaşıma həcminin artırılması məqsədi ilə Azərbaycan Dəmir Yollarına məxsus heyətlə hərəkət edən Bakı-Tbilisi-Bakı sərnişin qatarında Azərbaycan Dəmir Yollarının ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Gürcüstan Dəmir Yolları ilə "Azərbaycan Dəmir Yolları" QSC arasındakı ikitərəfli razılığa əsasən Gürcüstan ərazisində də gediş haqqı tarifləri 5 aprel 2015-ci il tarixdən etibarən aşağı salınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm