Qırmızı.az
7000-dən çox abituriyent Azərbaycan dilindən imtahan verəcək
Azərbaycanda ali və orta ixtisas məktəblərinin rus bölməsinə qəbul olmaq üçün 7042 abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək.
Publika.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verməlidirlər.
İmtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən etibarən internet vasitəsilə aparılır və bu proses martın 31-də saat 23:59-da başa çatacaq. Bu gün saat 14:00-dək olan məlumata görə, 7042 nəfər rus bölməsinin abituriyenti qeydiyyatdan keçib.
Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən 1-ci imtahan aprelin 26-da, 2-ci imtahan isə iyulun 7-də keçiriləcək.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi