Bakıda “Cako” ləqəbli cinayətkar tutuldu - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda “Cako” ləqəbli cinayətkar tutuldu - VİDEO

Bakıda “Cako” ləqəbli kriminal avtoritet tutulub.

Publika.az APA-ya istinadən xəbər verir ki, o, 1500 manatı alarkən saxlanılıb.

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini Əcəm Abışov nazirliyə müraciət edərək bildirib ki, Tərtər rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı Cəmil Ağayev ona hədə-qorxu gələrək 1500 manat tələb edib və həmin pulla cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə maddi yardım edəcəyini bildirib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəmil Ağayev Əcəm Abışovdan 1500 manatı alarkən saxlanılıb.

Faktla bağlı Baş idarənin İstintaq şöbəsində cinayət işi başlanıb.

Araşdırma zamanı Cəmil Ağayevin cinayətkar aləmdə “Cako” ləqəbi ilə tanınması da müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm