• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Daşkəsəndə güclü qar heç bir fəsad yaratmayıb

Daşkəsəndə güclü qar heç bir fəsad yaratmayıb

Ötən gün axşam saatlarından başlayaraq Daskəsən rayonuna güclü qar yağmağa başlayıb.

Daşkəsən rayon icra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayev Publika.az-a açıqlamasında hazırda da rayon ərazisində qarlı hava şəraiti müşahidə edildiyini deyib.

Onun sözlərinə görə, qar yağışı avtomobil yollarında hərəkətə mane olmayıb. Gəncə - Daşkəsən yolunda avtomobillərin hərəkətində problem müşahidə edilmir.

“Digər məntəqələr arasında da hərəkətin məhdudlaşması barədə məlumat daxil olmayıb. Qar yağsa da, mart ayında torpağın hərarətinin yüksək olması donma təhlükəsi yaratmayıb. Əvvəldən görülmüş tədbirlər nəticəsində yolların kənarına qum qarışıq texniki duz səpilib. Magistral və digər yollara bu qarışıq səpildiyinə görə, yollarda avtomobillərin hərəkətində məhdudiyyət yaranmayıb”.

C.Qocayevin sözlərinə görə, rayon mərkəzində qarın hündürlüyü 10 sm olsa da, dağlıq ərazilərdə 15 sm-dən yüksəkdir.

“Havanın hərarəti yüksək olduğuna görə, qarın qalınlaşması müşahidə edilmir. Bu cür hava şəraitinin kənd təsərrüfatına ziyan vurmayacağı bildirilir. Bu sahədə təcrübəsi olan şəxslərin sözlərinə görə, kiçik və böyük çillədə qar düşməməsi quraqlığa səbəb ola bilərdi. Ona görə də, güclü qar yağması quraqlığı aradan qaldırıb, kənd təsərrüfatının bəzi sahələrində məhsuldarlığa səbəb olacaq”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR