Soyuq hava neçə gün davam edəcək?
Bizi izləyin

Qırmızı.az

Soyuq hava neçə gün davam edəcək?

“Martın 28-dən başlayaraq ölkə ərazisində müşahidə edilən soyuq hava şəraiti əvvəldən proqnozlaşdırılıb. Hazırda müşahidə olunan hava iqlim normasına uyğun hesab edilir”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova bildirib ki, əvvəlki illərdə də mart ayında bu cür hava şəraiti müşahidə edilib. Ötən ilin müvafiq dövründə hava şəraiti daha sərt olub: “Hazırda Bakı və Abşeron yarımadası, eləcədə də bölgələrdə yağmurlu hava şəraiti müşahidə edilir. Bu gün ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi ayrı-ayrı rayonlarda güclənəcək. Demək olar ki, bütün bölgələrdə yağıntılı hava şəraiti müşahidə edilir. Dağlıq və dağətəyi bölgələrdə isə sulu qar və qar yağır. Mart ayının 31-i axşam saatlarından etibarən qar kəsiləcək. Aprel ayının 1-də gündüz saatlarında əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman olacağı istisna olunmur. Temperaturun yüksəlməsi və yağıntının tamamilə kəsilməsi barədə dəqiq məlumat sabah müəyyən ediləcək”.

Qeyd edək ki, ötən gün axşam saatlarından ölkənin bir sıra bölgələrində yağmurlu hava şəraiti müşahidə edilir. Xüsusən, Daşkəsən, Gədəbəy rayonlarda qar yağışı intensiv olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm