Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edib

Baş prokuror Zakir Qaralov martın 30 -da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.

Publika.az-ın məlumatına görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 80 -ə yaxın vətəndaşın müraciətinə baxılıb. Bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm