• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səlim Müslümov: “Çətin həyat şəraiti olan 2000 uşaq sosial xidmətlə təmin olunub”

Səlim Müslümov: “Çətin həyat şəraiti olan 2000 uşaq sosial xidmətlə təmin olunub”

“Ötən il Azərbaycanın 11 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb və 1933 nəfər sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, əmək siyasəti və digər sahələrdə görülən işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclasında nazir Səlim Müslümov bildirib.

O qeyd edib ki, ötən il ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə 28 QHT qalib gəlib. Ümumilikdə keçən il QHT -lər tərəfindən 31 layihə icra olunub ki, onlardan 30-u bilavasitə xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı olub. Həmin layihələr üzrə ümumilikdə 1933 nəfər sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub. Həmçinin icra olunan layihələr çərçivəsində ölkənin 11 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Könüllülər də daxil olmaqla 140 nəfərin çalışdığı bu mərkəzlərin sosial xidmət göstərdikləri 330 nəfərdən çox uşağın 20 faizi sağlamlıq imkanları məhdud uşaqlar olub.

S.Müslümov bildirib ki, daha bir layihə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası məqsədi ilə təbliğat kampaniyasının təşkilinə aid olub. Bu layihə çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən əlilliyi olan şəxslərlə bağlı xüsusi verilişlər hazırlanaraq yayımlanıb.

Nazir bildirib ki, bütün bu layihələrin icrası formal xarakter daşımamalı və cəmiyyət bunun nəticələrini görməlidir: “Hazırda ixtisaslaşmış QHT -lər tərəfindən göstərilən bu sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının ölçülməsi üçün mütərəqqi standartlar əsasında monitorinq və qiymətləndirmə sisteminin yaradılması vacib məsələlərdən biridir. Bununla əlaqədar qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə qeyd olunan standartların hazırlanmasına başlanıb.

Eyni zamanda, cari ilin may-iyun aylarında Avropa İttifaqının “Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı”tTvinninq layihəsinin icrasına başlanacaq. Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacaq bu layihə ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsi üçün həmin ölkənin qabaqcıl təcrübəsindən istifadəyə şərait yaradacaq”.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR