İlham Mirzəyevin vəkilləri məhkəmədə növbəti qalmaqal yaratdı
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin vəkilləri məhkəmədə növbəti qalmaqal yaratdı

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

PublikaAz xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyevin vəkillərinin Yasamal Rayon Məhkəməsinə və Yasamal Rayon Polis İdarəsinə göndərdikləri şikayətlə aydınlaşdırılıb. Hakim deyib ki, polis idarəsinə şikayətin alınması ilə bağlı sorğu verilib və hələ də sorğuya cavab verilməyib. Hakim Yasamal Rayon Məhkəməsində Asif Əliyevin ev dustaqlığı edilməsi ilə bağlı şikayətə hakim Zəfər Quliyevin baxdığını və həmin qərardan şikayət verildiyini deyib.

A. Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, onların şikayətinə Zəfər Quliyevin baxması barədə məlumatları olmayıb. İlham Mirzəyevin vəkilləri A. Əliyevin barəsində həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasının protokolunun hakim Sərdar Mehrəliyevdən alınması və cinayət işinə əlavə edilməsini istəyiblər. Prokuror Rizvan Soltanov vəsatətin təmin edilməsini istəyib. C. Süleymanov deyib ki, həmin məhkəmə iclasının qərarından şikayət veriblər və məhkəmənin sədri şikayəti təmin edib. Vəkilin sözlərinə görə, həmin məhkəmə iclasının protokolları düzgün yazılmadığı sübuta yetirilib.

A. Əliyevin digər vəkili Abuzər Mütəllimov İ. Mirzəyevin müdafiəçilərinin vəsatəti tam əsaslandırılmadığını deyib: “Hakim Sərdar Mehrəliyevin qərarından şikayət vermişik və şikayətimiz də təmin edilib. Çox güman ki, Sərdar Mehrəliyev qərarı da protokoldan yazıb və həmin protokolda səhvdir”.

Bütün tərəfləri dinləyən hakim vəsatəti təmin edib. Prosesdə cinayət işinin materiallarında olan sənədlərin araşdırılmasına başlanılıb. Hakim ilk olaraq cinayət işində olan ekspertiza rəylərini açıqlayıb. C. Süleymanov ekspertizanın rəylərinin qeyri qanuni olduğunu və sübutlar siyahısından çıxarılmasını istəyib.

Daha sonra İ.Mirzəyevin ayrı-ayrılıqda prokurorluq orqanlarına verdiyi şikayətləri elan edilib. Onun bir-birindən ziddiyləri verdiyi şikayətləri narazılıq yaradıb.Şikayətçinin hadisə yerini göstərməsi ilə bağlı protokol elan edilib. İ. Mirzəyev hadisə yerinin “Space” TV-dən 90 metr kənarda olduğunu göstərib. C. Süleymanov deyib ki, İ. Mirzəyevin göstərdiyi yerdən 9 müşahidə kamerası var. Vəkil məhkəmənin həmin göstərilən yerə baxış keçirilməsini istəyib.

Cinayət işində adı şahid qismində keçən Rəbiyyə Zərdabi və Saray Hüseynovanın izahatları elan edilib. Asif Əliyevin vəkilləri deyib ki, şahidlər İ. Mirzəyevin təsiri altında ifadə veriblər.

Daha sonra R. Zərdabi və S. Hüseynovanın hadisə yerində ifadələrinin alınması ilə bağlı tərtib edilmiş protokollar elan edilib. Cavanşir Süleymanov deyib ki, həmin protokollarda İ. Mitzəyev ekspert kimi, şahidlər isə şübhəli şəxs qismində tanınıblar. Vəkilin sözlərinə görə, şahidlərin şübhəli şəxs qismində imza edilməsi onlara təzyiq göstərilməsi kimi qiymətləndirilməlidir. Sənədlərin elan edilməsi zamanı İ. Mirzəyevin vəkilləri qalmaqal salıblar. Onlar tez-tez müdaxilə etməklə cinayət işində olan sənədlərin elan edilməsinə mane olmağa çalışıblar. Cavanşir Süleymanov müstəntiqin işi düzgün aparmadığını deyib. İ. Mirzəyevin vəkili Rəna Həsənli ilə C. Süleymanov mübahisə edib.

R. Həsənli müstəntiqdən şikayət etəməyi təklif edib. C. Süleymanov dəfələrlə şikayət etdiyini deyib. R. Həsənli “şikayət edibsiz, ona görə də vəzifəsini böyüdüblər” deyə bildirib. Məhkəmə iclası fevralın 26-da davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm