Gəncədə dəhşətli qətl: ər arvadını güllələdi
Bizi izləyin

Qırmızı.az

Gəncədə dəhşətli qətl: ər arvadını güllələdi

Bu gecə Gəncədə dəhşətli qətl hdisəsi baş verib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, martın 31-də gecə saat 01 radələrində Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədova Lamiyə Fazil qızının yaşadığı evdə odlu silahla yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Şəhər Baş Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1974-ci il təvəllüdlü Murad Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq zamanı M.Məmmədovun qeyd edilən tarixdə arvadı L.Məmmədovanı qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya iki dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm