BQXK nümayəndələri təslim olmuş erməniyə baş çəkib
Bizi izləyin

Qırmızı.az

BQXK nümayəndələri təslim olmuş erməniyə baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları martın 22-də təmas xəttini keçən erməniyə baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynovanın Publika.az-a verdiyi məlumata görə, başçəkmə ötən gün keçirilib. İ.Hüseynova bildirib ki, əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat götürülüb.

“Komitə mandatına uyğun olaraq daim saxlanılan şəxslərə baş çəkir, onların saxlanma şəraiti ilə maraqlanır, həmçinin onlardan ailələrinə və ailələrindən onlara məlumat çatdırır”.

Qeyd edək ki, martın 22-də 1991-ci il təvəllüdlü Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm