
Azərbaycanda hava nisbətən mülayimləşəcək.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, aprelin 1-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın hərarəti gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz
olacaq, gecə və səhər bəzi yerlərdə duman çiskin, şimal və şərq
rayonlarında isə havanın yağıntılı olacağı mülayim şərq küləyi
əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacaq.