Qırmızı.az
Zakir Həsənov Ruslan Auşevi medalı ilə təltif edib
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşevi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.Az-a verilən
məlumata görə, Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının
25-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş yubiley
tədbirində iştirak edən qonağı salamlayan müdafiə naziri bildirib
ki, müharibə veteranlarının nümunəsi gənc nəsilin vətənpərvərlik
ruhunda böyüməsi, Vətənini və xalqını müdafiə etməyə həmişə hazır
olması üçün çox vacibdir.
Görüş zamanı döyüş təçrübəsinə malik azərbaycanlı Əfqanıstan
veteranlarının Azərbaycanın Silahı Qüvvələrinin yaranmasında və
inkişafında xüsusi rolunun olması və onların əksəriyyətinin
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ müharibəsində döyüşlərdə
fədakarcasına iştirak etmələri xatırlanıb.
Komitə sədri R.Auşev veteranların gənclərin orduya hazırlanmasında,
hərbi-vətənpərvərlik tərbiyəsində və Silahlı Qüvvələrin şəxsi
heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunun
əvəzolunmaz olduğunu qeyd edib.
Sonda müdafiə naziri ölkələrimiz arasında hərbi sahədə əlaqələrin
inkişafı və möhkəmləndirilməsində göstərdiyi fəaliyyətlərinə görə
Komitə sədri R.Auşevi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə"
medalı ilə təltif edib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü