Maskalı quldurlar bir saat ərzində iki bankı qarət etdilər – VİDEO
Bizi izləyin

Qırmızı.az

Maskalı quldurlar bir saat ərzində iki bankı qarət etdilər – VİDEO

Rusiyada bankları saniyələr ərzində qarət edən quldur dəstəsi peyda olub.

Bir neçə gün əvvəl onlar Rostov şəhərinin Sovetski rayonunda yerləşən “Mosoblbank”a soxularaq bir dəqiqə ərzində mühafizəçilərin əl-ayağını bağlayıblar. Quldurlar bankomatı oğurlayıblar.

Amma cinayətkarlar aradan çıxmaq əvəzinə digər bir banka – “Binbank”a girərək, cəmi 35 saniyəyə oranı da soyublar.

Oğurlanmış bankomatlar sonradan tapılıb. Ancaq onların içində pul olmayıb. Hazırda quldurların axtarışı davam edir.

Publika.az hadisənin videosunu təqdim edir.

İlqar ATABƏYLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm