• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İndiyədək attestat ala bilməmiş keçmiş məzunlar üçün yeni imtahan keçiriləcək

İndiyədək attestat ala bilməmiş keçmiş məzunlar üçün yeni imtahan keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün imtahan keçirəcək.

BŞTİ-dən Publika.az-a verilən məlumata görə, həmin şagirdlər üçün mayın 13, 14, 15-də eksternat qaydasında imtahanlar təşkil olunacaq.

Qeydiyyat aprelin 1-dən 20-ə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq. Sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş sürəti, 2 ədəd 3x4 ölçüdə fotoşəkil, təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış, ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi – attestat almaq istəyənlər üçün) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə təqdim etməlidirlər.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər mayın 6, 7, 8-də 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Təhsil idarəsindən onu da bildirdilər ki, il məhdudiyyəti qoyulmadan istənilən şəxs müraciət edərək ekstern imtahanlarında iştirak edə bilər.

İmtahan 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Eksternlərin hər günə ən çoxu 5 fənn üzrə imtahan verməsi nəzərdə tutulub, hər imtahan günü üçün 3 saat vaxt təyin edilib. Eksternlər hər fənn üzrə 10 suala cavab verəcəklər.

Eksternlər ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) əldə etmək üçün Ana dili, fizika, kimya, riyaziyyat, coğrafiya, Azərbaycan tarixi, biologiya,iqdisadiyyatın əsasları, ümumi tarix, xarici dil, insan və cəmiyyət, ədəbiyyat və konstitusiya fənnindən imtahan verəcəklər. Rus bölməsi 1 fənn artıq- Azərbaycan dilindən imtahan verəcək.

Eksternlər tam orta təhsil sənədi –attestat əldə etmək istəyənlər isə ana dili, xarici dil, insan və cəmiyyət, ədəbiyyat, ümumi tarix, Azərbaycan tarixi, iqdisadiyyatın əsasları, kimya, fizika, riyaziyyat, biologiya, coğrafiya, astronomiyadan imtahan verəcək. Həmçinin rus bölməsi 1 fənn artıq- Azərbaycan dilindən imtahan verəcək.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR