Şeyxə UNESCO-nun Fəxri fərmanı verilib
Bizi izləyin

Qırmızı.az

Şeyxə UNESCO-nun Fəxri fərmanı verilib

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində keçirilən “Dərbənd – üç dinin şəhəri” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə UNESCO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (UNITVIN) Fəxri fərmanına layiq görülüb.

QMİ-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Qafqaz müsəlmanlarının dini lideri Fəxri fərmanla mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə UNESCO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə təltif olunub.

Qeyd edək ki, konfransda Qafqaz Müsəlmanları İdarəsini qurumun sədrinin birinci müavini Müfti Salman Musayev və İdarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər. Allahşükür Paşazadənin konfrans iştirakçılarına müraciətini oxuyan S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib.

Sonra Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. Görüşdə icmanın sədri Seyidyəhya Seyidov şeyxülislam Allahşükür Paşazadəyə salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm