Qırmızı.az
İş axtaran tələbələr üçün yarmarka keçiriləcək
Tələbələr üçün əmək yarmarkası keçiriləcək.
Publika.az-ın məlumatına görə, yarmarka mayın 23-də Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) və “Britiş Amerikan Tobakko” şirkətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçiriləcək.
Yarmarka işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda
magistratura səviyyəsində təhsil alan tələbələri bir araya
toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait
yaradacaq.
Əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil
alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb
edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının
genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir.
Yarmarkada ölkəmizdə fəaliyyət göstərən 100-dən artıq beynəlxalq və
yerli şirkətin iştirakı nəzərdə tutulub. Onlar yarmarkaya 300-dən
çox vakansiya haqqında məlumatla qatılacaqlar.
Əmək yarmarkası çərçivəsində işəgötürənlərlə tələbələr arasında
tədbirdən əvvəl əlaqələr yaradılacaq, müəssisə təmsilçiləri
namizədlər haqqında ətraflı məlumatlandırılacaq və tədbir günü
müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunacaq. İlk dəfə
yaradılan bu imkanlardan bəhrələnmək üçün tələbələr xüsusi proqram
təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan
keçəcəklər. Bundan sonra şirkətlər müvafiq namizədləri yarmarka
zamanı nəzərdə tutulmuş vaxtlarda müsahibəyə dəvət edəcəklər.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO