Qırmızı.az
Həkimlərimiz dünyanın məşhur universitetində təcrübə keçəcək
Azərbaycan Tibb Universitetinin gənc mütəxəssisləri, xüsusilə də rezidentləri 3-6 ay müddətinə Şarite Klinikasında praktikaya göndəriləcək.
Publika.az-ın məlumatına görə, bu barədə universitetin rektoru Əhliman Əmiraslanov Almaniyanın Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin direktoru, professor Karsten Perka ilə görüşdə deyib.
Tədris Cərrahiyyə Klinikasında baş tutan görüş zamanı rektor, akademik Əhliman Əmiraslanov qeyd etdi ki, professor Perka, Almaniyanın Ortopediya və Travmatologiya sahəsi üzrə tanınmış mütəxəssisidir: “Professor Perkanın ortopediyada əsas maraq sahəsi böyüklərdə bərpaedici əməliyyatlar, xüsusilə bud və diz oynaqları üzərində aparılan rekonstruktiv prosedurlardır. O, Azərbaycanla sıx əlaqədə çalışan bir mütəxəssisdir. Professor bir sıra xəstələr üzərində mürəkkəb cərrahiyyə əməliyyatlarını uğurla həyata keçirib”.
Əhliman Əmiraslanov ATU-nun Berlinin Şarite Klinikası ilə əməkdaşlıq etdiyini, birgə layihələr haqqında sazişlərin olduğunu vurğuladı: “Bizim Şarite Klinikası ilə bir çox sahədə əməkdaşlıq haqqında müqaviləmiz var, vaxtaşırı olaraq həmin klinikaya öz mütəxəssislərimizi göndəririk. Artıq klinikanın ortopediya və travmatologiya bölməsi ilə də belə bir əlaqələr qurmaq üçün imkan yaranıb”.
Sonra Əhliman Əmiraslanov ATU-nun Elmi Şurasının qərarına əsasən professor Karsten Perkanın “Tibb Universitetinin fəxri qonağı” yüksək adına layiq görüldüyünü elan etdi.
Daha sonra professor K.Perka sümük-əzələ cərrahlığı haqqında məruzəsi ilə çıxış edib. O, bud və diz oynaqlarının total artroplastikasına həsr olunmuş elmi araşdırmalarının nəticələrindən danışıb.
Qeyd edək ki, professor Karsten Perka Berlində yerləşən Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin direktoru və həmin mərkəzin Ortopediya kafedrasının müdiridir. O həmçinin Şimali Almaniya Ortopedik Assosiasiyasının Baş Katibi və Almaniya Artroplastika Cəmiyyətinin növbəti müddət üçün seçilmiş Prezidentidir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...