Tərtərdə müəmmalı qətl hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Tərtərdə müəmmalı qətl hadisəsi baş verib

Tərtər rayonunda qətl hadisəsi baş verib.

Tərtər rayonunda qətl hadisəsi baş verib.

Vasif Hüseynov küçəsi, 2 saylı evdə yaşayan Mirzəyev Sənan Ərşad oğlu evində qətlə yetirilib.

Mərhum evinin yanında avtomobillərin yuyulması məntəqəsini işlədirmiş. Saat 19.00 radələrində məntəqənin işçisi onun evinə gəlib və mərhumun meyidi ilə qarşılaşıb.

Dərhal polis şöbəsinə məlumat verib. Hadisə yerinə və meyidə baxış keçirən hüquq mühafizə orqanlarının nümayəndələri Sənan Mirzəyevin döş qəfəsində bir ədəd güllə yarası və üzündə xəsarətlər olduğunu müəyyən edib.

Qeyd edək ki, mərhum evdə tək yaşayırmış. Tərtər rayon prokurorluğundan verilən məlumata görə hazırda faktla bağlı araşdırma aparılır. Hələlik hadisənin kim və ya kimlər tərəfindən törədildiyi bilinmir. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm